Azərbaycanda güclü küləyin əsəcəyi gözlənilir

Azərbaycanda güclü küləyin əsəcəyi gözlənilir Sabaha Bakıda 38 dərəcə isti olacaq
Ekologiya
4 Avqust , 2015 12:49
Azərbaycanda güclü küləyin əsəcəyi gözlənilir

Bakı. 4 avqust. REPORT.AZ/ "Avqustun 5-də Abşeron yarımadasında gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Avqustun 6-7-də arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir". Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27, gündüz 33-38 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 29-34 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi