Azərbaycanda ekologiyanı korlayanlar 122 min manat cərimələnib

Azərbaycanda ekologiyanı korlayanlar 122 min manat cərimələnib Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib
Ekologiya
10 Avqust , 2015 13:38
Azərbaycanda ekologiyanı korlayanlar 122 min manat cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report.az

Bakı. 10 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırma 16-31 iyul tarixlərində aparılıb.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 104 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 65 iş üzrə 122 322.6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 320 iş üzrə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi