Azərbaycanda ekologiyaya ziyan vuranlara kəsilən cərimələrin məbləği açıqlanıb

Azərbaycanda ekologiyaya ziyan vuranlara kəsilən cərimələrin məbləği açıqlanıb Nazirlik tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 220, icra qurumlarına 229, məhkəmələrə isə 112 iş göndərib
Ekologiya
15 Avqust , 2015 12:29
Azərbaycanda ekologiyaya ziyan vuranlara kəsilən cərimələrin məbləği açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yeddi ayı ərzində Azərbaycanda ekoloji qanunvericiliyin tələblərini pozanlar 1 milyon manatdan çox cərimələnib. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2015-ci ilin 7 ayı ərzində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırmalar aparıb: "Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2 402 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 117 müddətli "məcburi göstəriş" verilib".

Nazirlikdən bildirilib ki, ümumilikdə, 485 iş üzrə 1 095 790 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 235 iş üzrə 73 170,18 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4 315 iş üzrə 795 335.48 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 220, icra qurumlarına 229, məhkəmələrə isə 112 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi