​Azərbaycanda dekabr ayına olan hava proqnozu açıqlanıb

​Azərbaycanda dekabr ayına olan hava proqnozu açıqlanıb Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur
Ekologiya
28 Noyabr , 2014 14:42
​Azərbaycanda dekabr ayına olan hava proqnozu açıqlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda dekabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən xəbərə görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, havanın soyuq keçəcəyi gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-34 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-8 dərəcə şaxta (gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək şaxta, ayın sonunda 18-23 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-30 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 13-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə şaxta (gecələr 3-8, ayın sonunda 10-15, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, dağlarda 13 dərəcəyədək şaxta, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə şaxta, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 0-5 dərəcə isti (gecələr 0-4, ayın sonunda 1-6, dağlarda gecə 3-8, ayın sonunda 15-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 45-106 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi