Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb Gün ərzində yağıntılar davam edəcək
Ekologiya
8 Yanvar , 2015 12:34
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda yanvarın 7-dən  bu gün günortayadək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 7-si günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib.

Səhər saatlarında olan məlumata görə düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək. 

Son xəbərlər

Orphus sistemi