Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb Bakıda 27 dərəcə isti olacaq
Ekologiya
22 Avqust , 2015 12:54
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Sabah Bakıda 27 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 19-22, gündüz 24-28 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi