​Azərbaycanda bazar günü üçün hava durumu açıqlanıb

​Azərbaycanda bazar günü üçün hava durumu açıqlanıb Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
27 Dekabr , 2014 12:29
​Azərbaycanda bazar günü üçün hava durumu açıqlanıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Report" xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.

Sabah paytaxtda və yarımadada gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə 2-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-5, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi