Azərbaycanda aprel ayında sürüşmə zonalarındakı aktivləşmə dərəcəsi açıqlanıb

Azərbaycanda aprel ayında sürüşmə zonalarındakı aktivləşmə dərəcəsi açıqlanıb Keçən ay Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində dəyişiklik baş verməyib
Ekologiya
12 May , 2015 12:14
Azərbaycanda aprel ayında sürüşmə zonalarındakı aktivləşmə dərəcəsi açıqlanıb

Bakı. 12 may. REPORT.AZ/ "Mart ayında yağıntıların çox olması səbəbindən baş verən aktivləşmələrdən sonra aprel ayında sürüşmə zonalarında elə də ciddi aktivləşmə olmayıb". Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

O bildirib ki, keçən ay sürüşmə zonalarında aparılan monitorinqlərdə elə ciddi dəyişiklik qeydə alınmayıb: "Aprel ayında Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində dəyişiklik baş verməyib. Həmin ərazilərdə mövcud sürüşmə sahələrində vəziyyət stabildir. Əsasən sürüşmə baş vermiş və tədbirlərin həyata keçirildiyi ərazilərdə vəziyyət sakitdir. Digər ərazilərində də monitorinq keçirilib. Elə bir ciddi dəyişiklik qeydə alınmayıb”.

S.Əmiraslanov eyni zamanda respublika ərazisində sürüşmənin aktiv olduğu yerlərin adını xatırladıb: "Aktivləşmə prosesi hər zaman olduğu kimi Masallı-Yardımlı və Lənkəran-Lerik avtomobil yolunda olur. Bundan başqa, Quba-Xınalıq, Quba-Qonaqkənd, Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında nisbətən aktivləşmə qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi