Hüseyn Bağırov Bolqarıstanda səfərdədir

Hüseyn Bağırov Bolqarıstanda səfərdədir Azərbaycan və Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub
Ekologiya
11 Oktyabr , 2016 13:11
Hüseyn Bağırov Bolqarıstanda səfərdədir

Sofiya. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Sofiyaya səfəri çərçivəsində Bolqarıstanın ətraf mühit və su ehtiyatı naziri İvelina Vasileva ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanları, ekologiya sahəsində imzalanan bir çox konvensiya və çoxtərəfli sazişlər ətrafında müzakirələr aparılıb. Həmçinin, Azərbaycan və Bolqarıstan arasında ətraf mühitin mühafizəsi üzrə birgə layihələrin əhəmiyyətinə də toxunulub. Görüşdə dövlətlər arasında təcrübə mübadiləsinin aparılması və yeni layihələrin müəyyənləşdirilməsi istiqamətində birgə işçi qrupunun yaradılması da müzakirə mövzusu olub.

Qeyd edək ki, H.Bağırov Bolqarıstanın ətraf mühit və su ehtiyatı naziri İvelina Vasilevanın dəvətilə bu ölkədə səfərdədir. 

Son xəbərlər

Orphus sistemi