Azərbaycan ETSN: Ermənistandan təmizlənmədən su obyektlərinə axıdılan məişət tullantılarının sayı çoxalıb

Azərbaycan ETSN: Ermənistandan təmizlənmədən su obyektlərinə axıdılan məişət tullantılarının sayı çoxalıb Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 17 m3/san azalaraq 156 m3/san təşkil edib
Ekologiya
13 Noyabr , 2014 15:55
Azərbaycan ETSN: Ermənistandan təmizlənmədən su obyektlərinə axıdılan məişət tullantılarının sayı çoxalıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. "Report" xəbər verir ki, monitorinqlərin nəticələrinə əsasən, noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 17 m3/san azalaraq 156 m3/san təşkil edib.

Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda 2, Ağstafaçay su anbarında isə 3.3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Noyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 3.1, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Son xəbərlər

Orphus sistemi