Azərbaycan ərazisində yağışlı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağışlı hava şəraiti davam edəcək Bakıda və Abşeron yarımadasında 14 dərəcə isti olacaq
Ekologiya
16 Oktyabr , 2015 12:38
Azərbaycan ərazisində yağışlı hava şəraiti davam edəcək

Bakı.16 oktyabr. REPORT.AZ/ Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14, Bakıda isə gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 13-16, dağlarda gecə 1-5, gündüz 5-19 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi