Bakı. 26 yanvar. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu Abşeronda gecə 1-6 şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq.
Yanvarın 27-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Tibbi-meteororloji proqnoza gəlincə, yanvarın 27-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfort hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Yanvarın 28-də soyuq temperatur diskomfortu gözlənilsədə, havanın oksigenlə zəngin olması müsbət amildir.