Azərbaycan ərazisində hava kəskin soyuyacaq, rayonlarda sulu qar, qar yağacaq

Azərbaycan ərazisində hava kəskin soyuyacaq, rayonlarda sulu qar, qar yağacaq Havanın temperaturu 9 dərəcəyə qədər düşəcək
Ekologiya
29 Oktyabr , 2015 12:15
Azərbaycan ərazisində hava kəskin soyuyacaq, rayonlarda sulu qar, qar yağacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində hava şəraiti yağmurlu olacaq, bəzi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 12-15, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi