Azərbaycan ekoloji effektivlik indeksi üzrə dünyada "top-40"a daxil olub

Azərbaycan ekoloji effektivlik indeksi üzrə dünyada "top-40"a daxil olub Azərbaycan dünya reytinqində Rusiya, Ermənistan, Türkiyə, İran və Gürcüstanı qabaqlayaraq 31-ci yeri tutub
Ekologiya
28 Yanvar , 2016 12:48
Azərbaycan ekoloji effektivlik indeksi üzrə dünyada top-40a daxil olub

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan "ekoloji effektivlik indeksi" (Environmental Performance Index (EPI)) üzrə dünyanın 180 ölkəsi arasında 31-ci yerə yüksəlib.

"Report"un məlumatına görə, bu barədə dünya dövlətlərin ekoloji siyasət effektivliyinin reytinqini tərtib edən Yel və Kolumbiya universitetlərinin hesabatında məlumat verilir.

İlk beşliyə Finlandiya, İslandiya, İsveç, Danimarka və Sloveniya daxil edilib.

Azərbaycan sıralamada 31-ci olaraq Rusiya (32), Ermənistan (37), Türkiyə (99), İran (105) və Gürcüstanı (111) qabaqlayıb.

Hesabatı hazırlayanların məlumatına görə, Azərbaycan 10 il ərzində göstəricisini 18% yaxşılaşdırıb.

2016-cı il üçün ekoloji indeksi hazırlayanlar doqquz amili nəzərə alıb: sakinlərin sağlamlığının qayğısına qalmaq, ölkədə su ehtiyatlarının, sanitar normaların, təbiət və ətraf mühitin vəziyyəti.

Ölkələr üzrə EPI hesabatı iki ildə bir dəfə hazırlanır. Hesabat adətən dərc olunmamışdan əvvəl Davosda Ümumdünya İqtisadi Forumunda ictimaiyyətə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi