Azərbaycanda ağac kəsənlərə qarşı alternativ cəza tətbiq olunacaq

Azərbaycanda ağac kəsənlərə qarşı alternativ cəza tətbiq olunacaq "Artıq 4 min manata qədər cərimələr var və bu cərimələri ödəyə bilməyənlər üçün alternativ yollar tətbiq edəcəyik"
Ekologiya
24 Dekabr , 2014 16:35
Azərbaycanda ağac kəsənlərə qarşı alternativ cəza tətbiq olunacaq

Bakı. 24 dekabr. REPORT.AZ/ Bir ağac kəsən əvəzində 100 ağac əkə və aqrotexniki qulluq göstərməklə cərimələrdən azad oluna bilər. Bunu "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. 

Nazir vurğulayıb ki, bölgələrdə vətəndaşları qəbul edərkən əsas məsələlər cərimələrlə bağlı olur: "Meşələrin qırlımasının qarşısını almaq üçün cərimələr sərtləşdirilib. Artıq 4 min manata qədər cərimələr var. Amma bu cərimələri ödəyə bilməyənlər üçün alternativ yollar tətbiq edəcəyik. Cərimələri ödəyə bilməyənlərdən əvəzində 50-100 ağac təyin olunan yerlərdə əkməsini və ona aqrotexniki qulluqların göstərilməsini tələb edəcəyik və həmin şəxs bu şərtlə cərimədən azad oluna bilər".

H.Bağırov əlavə edib ki, bəzi ucqar kəndlərdə qaz yoxdur və buna görə də əhali oduncaq tədarükü üçün meşələrə üz tutur: "Təbii ki, qaz olmayan kəndlərdə əli avtomatlı əsgərlərlə meşəni mühafizə etsək də, əhali nə yolla olursa-olsun,  gedib o ağacı qırıb gətirib evində oduncaq kimi istifadə edəcək".

Nazir qeyd edib ki, meşədən ağac kəsib oduncaq kimi istifadə olunmasını tənzimləməyə çalışır: "Rayon icra hakimiyyətlərinin (RİH) başçıları ilə razılaşdıraraq meşədə qurumuş və yıxılmış ağacları, rayon ərazisindəki qarnizonlara, hərbi hissələrə, xəstəxanalara, məktəblərə, veteranlara, şəhid ailələrinə və əhalinin ehtiyacı olan təbəqəsinə qaydalara əsasən verilməsi təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi