Hesabat: "2050-ci illərdə insanların yaşadığı ərazilərin təxminən 70 faizi su altında qalacaq"

Hesabat: "2050-ci illərdə insanların yaşadığı ərazilərin təxminən 70 faizi su altında qalacaq" Həddən artıq istilik, quraqlıq və müharibələr gələcəkdə yaşayış yerini tərk edən qaçqınların sayında ciddi artıma səbəb olacaq
Ekologiya
23 Noyabr , 2015 15:25
Hesabat: 2050-ci illərdə insanların yaşadığı ərazilərin təxminən 70 faizi su altında qalacaq

Bakı. 23 noyabr. REPORT.AZ/ İnsanların bu gün yaşadığı ərazilərin təxminən 70 faizi 2050-ci illərdə su altında qalacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu iddianı ABŞ-ın araşdırma şirkəti olan "Pew" irəli sürüb.

Şirkət bu il noyabr ayının 13-dən dekabr ayının 13-dək Parisdə keçiriləcək COP21 iqlimin dəyişməsi məsələləri üzrə beynəlxalq konfrans ərəfəsində apardığı "qlobal iqlim dəyişikliyi" adlı araşdırmasının nəticələrini açıqlayıb. 40 ölkədə aparılan araşdırmalarda ortaya maraqlı faktlar çıxıb.

Hesabatda qeyd olunub ki, 2050-ci illərdə qlobal istiləşmə və iqlim dəyişikliyi səbəbindən insanların bu gün üzərində yaşadığı ərazilərin təxminən 70 faizinin su altında qalacağı ehtimal edilir. Hesabat müəllifləri hesab edirlər ki, bundan başqa həddən artıq istilik, quraqlıq və müharibələr gələcəkdə yaşayış yerini tərk edən qaçqınların sayında ciddi artıma səbəb olacaq. 

Araşdırmanın nəticələrinə görə, amerikalıların 45, kanadalıların 51, fransızların 56, almanların 55 faizi iqlim dəyişikliyini böyük problem kimi görür.

Son xəbərlər

Orphus sistemi