​Zəlimxan Yaqub müayinə olunmaq üçün Almaniyaya gedəcək

​Zəlimxan Yaqub müayinə olunmaq üçün Almaniyaya gedəcək "Dəvət olunduğum tədbirlərə qatılıram"
Ədəbiyyat
4 May , 2015 15:39
​Zəlimxan Yaqub müayinə olunmaq üçün Almaniyaya gedəcək

Bakı. 4 may. REPORT.AZ/ "Müayinədən yeni qayıtmışam. Növbəti dəfə müayinə üçün Almaniyaya iyulun 29-da gedəcəm". Bunu "Report"a açıqlamasında xalq şairi Zəlimxan Yaqub deyib.

O, hazırda səhhətinin normal olduğunu bildirib: "Özümü yaxşı hiss edirəm, dəvət olunduğum tədbirlərə qatılıram. Hər şey yaxşıdır".

Qeyd edək ki, Z.Yaqub uzun müddətdir böyrək xəstəliyindən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi