YUNESKO-nun baş qərargahında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı forum olacaq

YUNESKO-nun baş qərargahında "Kitabi-Dədə Qorqud" eposu ilə bağlı forum olacaq Forum "Kitabi Dədə-Qorqud" eposunun dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr edilib
Ədəbiyyat
14 Aprel , 2015 13:03
YUNESKO-nun baş qərargahında Kitabi-Dədə Qorqud eposu ilə bağlı forum olacaq

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də Parisdə YUNESKO-nun baş qərargahında "Kitabi-Dədə Qorqud' eposunun alman dilində ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, forum YUNESKO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Forumda Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın incəsənət xadimləri iştirak edəcək.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və digər türkdilli ölkələr təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi