Yazıçılar Birliyində Fikrət Sadıqın 85 illik yubileyi qeyd edilib

Yazıçılar Birliyində Fikrət Sadıqın 85 illik yubileyi qeyd edilib Tədbirdə “Ədəbiyyatın dostları” klubunun şair üçün hazırladığı hədiyyələr yubilyara təqdim olunub
Ədəbiyyat
27 Noyabr , 2015 11:25
Yazıçılar Birliyində Fikrət Sadıqın 85 illik yubileyi qeyd edilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyində əməkdar mədəniyyət işçisi, dövlət mükafatı laureatı Fikrət Sadıqın 85 illik yubileyi münasibətilə görüş keçirilib.

AYB-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş “Ədəbiyyatın dostları” klubunun təşəbbüsü ilə baş tutub.

Görüşdə AYB sədri, xalq yazıçısı Anar, birliyin katibləri - xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, AYB sədrinin birinci müavini Nazim İbrahimov, xalq şairi Sabir Rüstəmxanlı, tənqidçi Vaqif Yusifli və başqaları iştirak edib.

Fikrət Sadıqın qələm dostları onun haqqında xoş sözlərini deyib, fikirlərini bölüşüblər.

“Ədəbiyyatın dostları” klubunun üzvləri şairin şeirlərindən nümunələr səsləndirib, onun yaradıcılığından bəhs ediblər. Onlar Fikrət Sadıq yaradıcılığı ilə “Ədəbiyyatın dostları” klubunun sayəsində daha yaxından tanış olduqlarını bildirərək, şairin son vaxtlar “Ədəbiyyat qəzeti”ndə çıxan şeirləri, “Gün çıx, gün bat”, “Sevgi yağışı” kitabları ilə bağlı təəssüratlarını bölüşüblər.

Tədbirdə “Ədəbiyyatın dostları” klubunun şair üçün hazırladığı hədiyyələr Fikrət Sadıqa təqdim edilib.

Tədbirin sonunda yubilyar çıxış edib, təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi