“Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunub

“Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunub Kitab Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr edilib
Ədəbiyyat
9 Mart , 2016 12:59
“Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunub

Bakı. 9 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr edilən “Yaradıcı həyatın anları” fotoalbomu adlı kitab çap olunub.

"Report" xəbər verir ki, kitab Azərbaycan və rus dillərində işıq üzü görüb.

Kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılığı haqqında məlumat sözlərlə və Y.Adıgözəlovun şəxsi arxivindən istifadə olunmuş fotolarla əks olunub.

“Efendi Publishing House” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. 

Son xəbərlər

Orphus sistemi