Xızıda Cəfər Cabbarlının xatirəsi yad ediləcək

Xızıda Cəfər Cabbarlının xatirəsi yad ediləcək Tədbir bu gün başlayır
Ədəbiyyat
1 Dekabr , 2014 13:56
Bakı.1 dekabr. REPORT.AZ/ Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının xatirəsinə həsr edilən "Cabbarlı günləri" Xızıda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumat Cəfər Cabbarlının ev muzeyindən verilib.

Görkəmli dramaturqun 115 illik yubiley tədbirləri çərçivəsində, C.Cabbarlının doğulduğu Xızı rayonunda "Cəfər Cabbarlı günləri" keçirilir. Dekabrın 1-də başlanacaq tədbirdə iştirak etmək üçün, Cəfər Cabbarlının ailə üzvləri və bir qrup ziyalılar Xızıya yola düşüblər.

Qeyd edək ki, C.Cabbarlının Xızıdakı ev muzeyində dramaturqun xatirəsi anılacaq, Cabbarlı ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Günün ikinci yarısında Xızı Mədəniyyət evində Xızı rayon icra hakimiyyəti və Mədəniyyət şöbəsinin birgə təşkil etdiyi ədəbi-bədii tədbir təşkil ediləcək.

Tədbirdə Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı iştirak edir. 

Son xəbərlər

Orphus sistemi