Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubiley tədbiri keçirilib - FOTO

Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubiley tədbiri keçirilib - FOTO Tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb, şeirləri səsləndirilib
Ədəbiyyat
25 May , 2016 22:03
Xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubiley tədbiri keçirilib - FOTO

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, bir çox elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb, şeirləri səsləndirilib.

Habelə sevilən müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayıb.

Qeyd edək ki, çoxsaylı ədəbi mükafatlara layiq görülmüş şairin uzun illər ərzində "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanları işıq üzü görmüşdür. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.

Son xəbərlər

Orphus sistemi