Vaqif Səmədoğlunun xatirəsi yad ediləcək

Vaqif Səmədoğlunun xatirəsi yad ediləcək Fevralın 2-də S.Vurğunun ev muzeyində tədbir keçiriləcək
Ədəbiyyat
1 Fevral , 2016 14:40
Vaqif Səmədoğlunun xatirəsi yad ediləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 2-də Səməd Vurğunun ev muzeyində xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq.

Bu barədə "Report"a S.Vurğunun ev muzeyinin direktoru, Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova məlumat verib.

N.Vəkilova mərhum şairin sağlığında hər zaman gəncləri dəstəklədiyini vurğulayıb: "Vaqif, gəncliyi çox sevirdi, gəncliyə həmişə arxa dururdu, onları dəstəkləyirdi. Məhz bu səbəbdən Vaqifin xatirə gününü gənclər günündə qeyd edirik. Tədbirə əsasən gəncləri dəvət etmişik. Gənclər və özünü gənc sayanlar Vaqif Səmədoğlunun xatirəsini yad etməyə gələ bilər".

Qeyd edək ki, fevralın 5-də isə Yazıçılar Birliyinin “Natəvan” klubunda “Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi nömrəsinin təqdimatı olacaq.

Son xəbərlər

Orphus sistemi