Vaqif Səmədoğlu vəfat edib

Vaqif Səmədoğlu vəfat edib Şair bir neçə dəqiqə əvvəl dünyasını dəyişib
Ədəbiyyat
28 Yanvar , 2015 12:05
Vaqif Səmədoğlu vəfat edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib. Bu barədə "Report"a şairin qızı Nigar Vəkilova məlumat verib. Şair bir neçə dəqiqə əvvəl vəfat edib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

"Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Vaqif Səmədoğlu "Yoldan teleqramlar", "Günü baxtı", "Mən burdayam, ilahi", "Uzaq, yaşıl ada" kitablarının, "Bəxt üzüyü", "Uca dağ başında", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam" "Mamoy kişinin yuxuları", dram əsərlərinin müəllifidir.

"Generalın son əmri" adlı dram əsəri Akademik Milli Dram Teatrında səhnəyə qoyulan son səhnə əsəridir.

Şair 2000-2005-ci iləərdə Milli Məclisin deputatı olub.

Qeyd edək ki, Vaqif Səmədoğlu uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

İngilis versiyası Poet Vagif Samadoghlu died

Son xəbərlər

Orphus sistemi