“Solfecio” dərsliyi nəşr olunub

“Solfecio” dərsliyi nəşr olunub Dərsliyin tərtibçisi Ağabala Əliyevdir
Ədəbiyyat
4 Mart , 2016 21:11
“Solfecio” dərsliyi nəşr olunub

Bakı. 4 mart. REPORT.AZ/ Ağabala Əliyevin tərtibçisi olduğu “Solfecio” dərsliyi nəşr olunub.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş kitabın bədii və texniki redaktoru Abdulla Ələkbərovdur.

Dərsliyin hazırlanmasında əsas məqsəd musiqi sənətinin incəliklərini öyrətməkdir. “Solfecio” dərsliyi şagirdlərin notlar və yeni musiqilərlə tanış olması üçün nəzərdə tutulub. Kitabın I hissəsi I-V siniflər üçün dərs vəsaiti kimi ərsəyə gətirilib. 

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan musiqi məktəblərinə və digər aidiyyəti qurumlara paylanılacaq. 

Son xəbərlər

Orphus sistemi