Seyran Səxavətin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Seyran Səxavətin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib Yazıçı ilə Azərbaycan Yazıçılar Birliyində görüş olub
Ədəbiyyat
15 Aprel , 2016 15:26
Seyran Səxavətin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Seyran Səxavətin 70 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində (AYB) tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə AYB-nin sədri Anar, xalq şairi Nəriman Həsənzadə, xalq artistləri Fuad Poladov, Flora Kərimova, yazıçı-dramaturq Əli Əmirli, Sabir Rüstəmxanlı və başqaları iştirak ediblər.

Xalq yazıçısı Anar ədəbiyyata şair kimi gələn Seyran Səxavətin oxucuların sevimli yazıçısı olduğunu deyib. O, Yazıçılar Birliyinin hədiyyələrini S.Səxavətə təqdim edib.

Tədbirin aparıcısı, publisist İntiqam Qasımzadə S.Səxavətin məclisinə ürəyində sevgi olan insanların gəldiyini deyib: "Seyran Səxavət sevgi dolu adamdır. Onun görüşünə qəlbində sevgisi olmayan adamlar gələ bilməz".

Yubilyar haqqında ən maraqlı ifadəni xalq yazıçısı Nəriman Həsənzadə deyib: "Seyranın yanında olan adam özünə oxşayır. Seyran Səxəvətin bütün romanlarında bizlər varıq. Bizlərdən bir parça var".

S.Səxavətin yubiley tədbirində çıxış edən hər kəs onun gözəl insani keyfiyyətlərindən, yazıçı kimi əsərlərinin sanbalından söz açıblar.

Yubilyar sonuncu romanı olan "Qaçaqaç"dan danışıb. Romanın növbəti hissəsinin yaxın vaxtlarda dərc ediləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi