“Səməd Behrəngi” ədəbi müsabiqəsinin mükafatlandırma mərasimi olub

“Səməd Behrəngi” ədəbi müsabiqəsinin mükafatlandırma mərasimi olub Qaliblər müəyyən edilib
Ədəbiyyat
2 Mart , 2015 20:36

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda AYB və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan litdiaspora.az-ın təsis etdiyi “Səməd Behrəngi” adına ədəbi müsabiqə iştirakçılarının mükafatlandırılma mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB saytı yayıb.

AYB-nin “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri Sayman Aruz tədbiri açaraq, müsabiqə haqqında iştirakçılara məlumat verib: “Səməd Behrəngi Bütöv Azərbaycanın və türk dünyasının tanınmış yazarı, nasiri, publisistidir. Yazıçının zəngin ədəbi irsi italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunub".

"Səməd Behrəngi" adına müsabiqənin qalibləri Səid Muğanlı, Ünal Kar, Elşad Barat, Reyhan Şıxlı, Sabir Nəbioğlu (ölümündən sonra), Esmira Fuad, Mərdan Əzimov, Səxavət Sahil, Mehman Qaraxanlı, Pərvanə Məmmədli, Mərdan Əzimov seçiliblər.

Son xəbərlər

Orphus sistemi