Samuxda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Samuxda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib Rayonda "AYB Kitab"ın ilk stendinin açılışı olub
Ədəbiyyat
5 Mart , 2015 19:09
Samuxda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Samuxda "AYB Kitab"ın ilk stendinin açılışı və dünya şöhrətli yazıçı Çingiz Abdullayevlə görüş keçirilib. Tədbir Samux rayonundakı Heydər Əliyev Mərkəzində olub.

"Report" xəbər verir ki, bu barədə xəbəri AYB saytı yayıb.

Samux rayonu Heydər Əliyev Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulub.

"AYB Kitab" stendinin açılışında AYB katibi, xalq yazıçısı Çingiz Abdullayev və AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək, "AYB Kitab" stendi haqqında ətraflı məlumat veriblər.

Stendin açılışından sonra Çingiz Abdullayevlə görüş keçirilib. Çingiz Abdullayev tədbirdə çıxış edib və oxucularının suallarına cavab verib.

Tədbirin sonunda Çingiz Abdullayev kitablarının imza mərasimini keçirib.

Son xəbərlər

Orphus sistemi