Qulu Ağsəsin kitabı ingilis dilində nəşr olunub

Qulu Ağsəsin kitabı ingilis dilində nəşr olunub Qulu Ağsəsin şeirlər kitabı çapdan çıxıb
Ədəbiyyat
13 Aprel , 2016 13:54
Qulu Ağsəsin kitabı ingilis dilində nəşr olunub

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” ədəbi-bədii jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb.

Bu barədə “Report”a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

“Mütərcim” nəşriyyatının “Contemporary Azerbaijani Poetry” (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan bu kitab “Dawn” (Dan yeri) adlanır.

Kitabın ingilis dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi Kamran Nəzirlidir.

Qulu Ağsəsin ingilis dilində təqdim olunan şeirləri modern şeirin tələblərinə cavab verməklə yanaşı, poetikası, bədii-fəlsəfi yükü və yeni nəfəsli polifonik duyğu dəyişmələri ilə fərqlənir.

Kitaba şairin son illər yazdığı şeirlər, o cümlədən, "Qarabağ şikəstəsi", "Sənsən hər yer", "Külək poçtdu", "Müharibə əlili", "Qiyamət" və s. şeirləri də daxil edilib və onlar poetik bədii ovqatla birlikdə oxucuda ictimai-fəlsəfi ruh oyadır, erməni qəsbkarlarının tapdağı altında qalan Qarabağ bölgəsinin ağrı-acılarını bədii çalarlarla dünyaya çatdıra bilir.

Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi