Türkiyədə Orxan Fikrətoğlunun "Ölü mətn" kitabının təqdimatı keçiriləcək

Türkiyədə Orxan Fikrətoğlunun "Ölü mətn" kitabının təqdimatı keçiriləcək Kitabı türkcəyə professor Fethi Gedikli çevirib və Türkiyənin Azaklıoğlu Necati bəy Vakfının dəstəyi ilə nəşr olunub
Ədəbiyyat
12 Sentyabr , 2015 11:47
Türkiyədə Orxan Fikrətoğlunun Ölü mətn kitabının təqdimatı keçiriləcək

Bakı.12 sentyabr. REPORT.AZ/ Türkiyədə yazıçı-ssenarist Orxan Fikrətoğlunun "Ölü mətn" kitabının təqdimatı keçiriləcək. "Report" xəbər verir ki, təqdimat mərasimi sentyabrın 19-da İstanbulda Aksaray Yusufpaşa prospektində baş tutacaq.

Kitabı türkcəyə professor Fethi Gedikli çevirib və Türkiyənin Azaklıoğlu Necati bəy Vakfının dəstəyi ilə nəşr olunub. Kitaba iki roman, bir pyes, bir kino ssenarisi və onlarla hekayə daxildir.

Qeyd edək ki, kitabdakı romanlardan biri post sufi janrına aid ilk romandır. Toplum itki verə-verə yox olmaqdansa, əksinə, romanın sonunda var olur. Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası sufi sevgisidir. Zaman-zaman müxtəlif səbəblərdən öldürülən romanın qəhrəmanı bütün mətn boyu yenidən ancaq sevgi ilə doğulur. Sevgisiz yaşanan hər bir hadisə romanda ölümlə bitir.

"Ölü mətn" kitabının Türkiyədə keçiriləcək təqdimat mərasiminə Rusiya, Ukrayna və Azərbaycandan qonaqlar dəvət olunub.

Son xəbərlər

Orphus sistemi