Moskvada "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı olacaq

Moskvada "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı olacaq Oktyabrın 28-də təqdim olunacaq xüsusi buraxılış "Rusiyada ədəbiyyat ili-2015" çərçivəsində işıq üzü görüb
Ədəbiyyat
23 Oktyabr , 2015 11:54
Moskvada Dünya ədəbiyyatı. Rusiya jurnalının təqdimatı olacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Moskvada Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının xüsusi buraxılışının təqdimatı olacaq.

"Report" xəbər verir ki, oktyabrın 28-də təqdim olunacaq xüsusi buraxılış "Rusiyada ədəbiyyat ili-2015" çərçivəsində işıq üzü görüb.

Moskvada Rusiya-Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Mərkəzində təşkil ediləcək tədbirdə fəxri qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, "Ocaq" Ədəbi Cəmiyyətinin rəhbəri Tofiq Məlikli, AYB-nin ədəbi-bədii mərkəzinin sədri Səlim Babullaoğlu, AYB-nin və Rusiya Yazıçılar Birliyinin üzvü, Rusiyanın əməkdar şairəsi Afaq Şıxlı iştirak edəcək.



Son xəbərlər

Orphus sistemi