Miniatür kitab muzeyinin təsisçisi Rusiya Mədəniyyət və Həmrəylik Cəmiyyətinin tədbirinə qatılacaq

Miniatür kitab muzeyinin təsisçisi Rusiya Mədəniyyət və Həmrəylik Cəmiyyətinin tədbirinə qatılacaq Zərifə Salahova yaxın vaxtlarda bədii ədəbiyyat nümunələrinin də miniatür kitab şəklində dərc ediləcəyini deyib
Ədəbiyyat
11 Noyabr , 2015 16:17
Miniatür kitab muzeyinin təsisçisi Rusiya Mədəniyyət və Həmrəylik Cəmiyyətinin tədbirinə qatılacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova noyabrın 23-dən 25-dək Rusiya Mədəniyyət və Həmrəylik Cəmiyyətinin tədbirində iştirak etmək üçün Moskvaya yola düşəcək.

Bu barədə "Report"a Zərifə Salahova özü məlumat verib. O, iştirak edəcəyi toplantıya yeni nəşr edilən miniatür kitabları hədiyyə edəcəyini deyib: "Rusiyanın Mədəniyyət və Həmrəylik Cəmiyyəti ilə sıx əlaqələrim var. Hər il onların müxtəlif tədbirləri keçirilir və hər zaman məni tədbirlərində iştirak etmək üçün dəvət edirlər. Bu dəfəki toplantıya iki yeni miniatür nəşrləri aparıram. Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın "Bakı 2015 I-ci Avropa Oyunları"nın açılış və bağlanış mərasimində olan nitqləri, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı görülən işlər, qazanılan qələbələr, uğurlar barədə toplanan bütün informasiyaları kitab şəklində çap etmişəm. Həmin nəşrləri hədiyyə olaraq onlara aparıram."

Zərifə Salahova yaxın vaxtlarda bədii ədəbiyyat nümunələrinin də miniatür kitab şəklində dərc ediləcəyini deyib: "Azərbaycanın şair və yazıçılarının əsərlərini müntəzəm olaraq, kitab şəklində nəşr etdirirəm. Hazırda, xalq artisti, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığını əks etdirən silsilə kitablar üzərində iş aparırıq. Fərhad Bədəlbəylinin doğum gününədək miniatür kitablarımızı nəşr etdirməyi nəzərdə tutmuşuq".

Son xəbərlər

Orphus sistemi