Milli Kitabxanada "Lütfi Zadə-95" adlı sərgi açılıb

Milli Kitabxanada "Lütfi Zadə-95" adlı sərgi açılıb Sərgi, dünya şöhrətli alimin 95 illik yubileyi münasibətilə təşkil edilib
Ədəbiyyat
5 Fevral , 2016 10:47
Milli Kitabxanada Lütfi Zadə-95 adlı sərgi açılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Milli Kitabxanasında azərbaycanlı alim Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Əsgərzadə) anadan olmasının 95 illiyi münasibətilə "Lütfi Zadə-95" adlı sərgi açılıb.

"Report" xəbər verir ki, sərgidə süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olan dünya şöhrətli alimin həyat və elm yolundan bəhs edən kitablar, sənədlər nümayiş etdirilir.

Sərgi bir neçə gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi