Mərakeşin Azərbaycandakı səfirinin kitabının təqdimatı keçiriləcək

Mərakeşin Azərbaycandakı səfirinin kitabının təqdimatı keçiriləcək Həsən Hami Bakıda öz romanını dərc etdirib
Ədəbiyyat
10 Fevral , 2015 12:20
Mərakeşin Azərbaycandakı səfirinin kitabının təqdimatı keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami Bakıda özünün "Sparkling Ashes Over the Rainbow" (Göy qurşağı üzərində parlaq kül) adlı romanını oxuculara təqdim edəcək.

H.Hami "Report"a bildirib ki, bununla əlaqədar fevralın 13-də "Ali və Nino" kitab mağazasında müəlliflə görüş keçiriləcək və arzu edənlər kitabı əldə edə və onun avtoqrafını ala bilərlər. 

Müəllifin sözlərinə görə, kitabın əsas mövzusu insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə və iqlimin dəyişməsi problemidir. Romanın personajlarından biri Hopenhagendə iqlim dəyişilməsi üzrə beynəlxalq konfransda iştirak edən azərbaycanlı jurnalist qızdır. 

Kitab "Qanun" nəşriyyatı tərəfindən 500 nüsxə tirajla dərc olunub.  

Son xəbərlər

Orphus sistemi