“Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib

“Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib Təqdimatda mərhum şairin Azərbaycan ədəbiyyatındakı önəmindən, yaradıcılığındakı yeniliklərindən, fərqliliyindən danışılıb
Ədəbiyyat
5 Fevral , 2016 17:16
“Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda xalq şairi Vaqif Səmədoğlunun anım günü ilə əlaqədar “Kaspi” qəzetinin Vaqif Səmədoğlu yaradıcılığına həsr etdiyi xüsusi buraxılışının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.

AYB sədri, xalq yazıçısı Anar Vaqif Səmədoğlu yaradıcılığı haqqında fikirlərini səsləndirib: “Kaspi” qəzetinə və bu layihənin əziyyətini çəkmiş Fərid Hüseynə təşəkkür edirəm ki, Vaqif Səmədoğlu haqqında xüsusi buraxılış hazırlayıblar. Vaqifin vəfatı həm onun dostları, həm oxucuları, həm də ədəbiyyatımız üçün ağır itki oldu. Vaqifin yaradıcılığı yeni şeirin, yeni ədəbiyyatın təntənəsi, zövqün təntənəsidir”. 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Vaqif Səmədoğlunun ədəbiyyata gəldiyi illərdən söz açıb: “Vaqif Səmədoğlu ilk dəfə Rəsul Rzanın təqdimatı ilə dərc edilib. “Yoldan teleqraf” onun ilk kitabıdır. O vaxtlar bu kitab satışa çıxan kimi qərar çıxarılmışdı ki, satışdan yığışdırılsın və məhv edilsin. Vaqif buna görə çox məyus olmuşdu. Amma kitaba olan tələbat bu kitabın qeyri-rəsmi yollarla çap olunub yayılması ilə nəticələndi. “Günün baxtı” adlı ikinci kitabı isə Vaqif Səmədoğlunun qısa bir zamanda tanınmasına səbəb oldu. Bəlkə də bu kitab Vaqifin elə öz bəxti idi”.

Tədbirdə çıxış edən professor Tofiq Məlikli, deputat Elmira Axundova, tənqidçi Vaqif Yusiflii və başqaları Vaqif Səmədoğlunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı önəmindən, yaradıcılığındakı yeniliklərindən, fərqliliyindən danışıblar. 

Son xəbərlər

Orphus sistemi