İstanbulda Qənirə Paşayevanın kitablarının təqdimatı olub

İstanbulda Qənirə Paşayevanın kitablarının təqdimatı olub İstanbulda “Allah, seven kalplerdedir” və “Aşk Başka” adlı kitablarının təqdimatı olub
Ədəbiyyat
8 Mart , 2015 15:35
İstanbulda Qənirə Paşayevanın kitablarının təqdimatı olub

Bakı. 8 mart. REPORT.AZ/ İstanbulda Milli Məclisin deputatı Qənirə Paşayevanın Türkiyə türkcəsində çıxan “Allah, seven kalplerdedir” və “Aşk Başka” adlı kitablarının təqdimatı olub.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Türkiyənin tanınmış simalarının və ictimai-siyasi xadimlərinin iştirakı ilə keçən təqdimat mərasimində kitabları Türkiyə türkcəsinə uyğunlaşdıran yazar İmdat Afşar, tanınmış sənətçi Orxan Gəncəbay, şair Camal Şafi və başqaları çıxış ediblər.

Bildirilib ki, Q.Paşayevanın kitablarının satışından əldə ediləcək gəlir valideynlərini itirmiş və ya ağır ailə vəziyyəti üzündən ali təhsil ala bilməyən, əsasən isə hüquq sahəsində oxuyan qızların təhsillərinə xərclənəcək.

Sonda Q.Paşayeva kitabların işıq üzü görməsində ona dəstək göstərən bütün insanlara təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi