Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək

Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək Oktyabrın 22-də dahi dramaturqun ev muzeyində konfrans keçiriləcək
Ədəbiyyat
14 Oktyabr , 2015 12:27
Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 133 illiyi ev muzeyində qeyd ediləcək. 

Bu barədə "Report"a Hüseyn Cavidin ev muzeyinin elmi katibi Natiq Mürsəlov məlumat verib.

O xatırladıb ki, oktyabrın 24-də dahi H.Cavidin anadan olmasından 133 il ötür: "Bu münasibətlə muzeydə elmi konfrans keçiriləcək. Konfransın mövzusu - "Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu" adlanır. Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyatşünas alimlərinin iştirak edəcəyi konfransda 33 məruzəçi çıxış edəcək".

Xatırladaq ki, oktyabrın 2-də H.Cavidin qızı Turan Cavidin, oktyabrın 22-də dramaturqun oğlu Ərtoğrol Cavidin doğum günləridir. 

Son xəbərlər

Orphus sistemi