Fəxri xiyabanda Rəsul Rzanın anım mərasimi keçirilib

Fəxri xiyabanda Rəsul Rzanın anım mərasimi keçirilib Azərbaycan Yazıçılar Birliyinin üzvləri şairin məzarını ziyarət edib
Ədəbiyyat
1 Aprel , 2016 20:07
Fəxri xiyabanda Rəsul Rzanın anım mərasimi keçirilib

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 1-i Azərbaycanın xalq şairi Rəsul Rzanın anım günüdür. Bu gün görkəmli şairin vəfatından 35 il ötür.

"Report" xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Fəxri xiyabanda şairin məzarını ziyarət ediblər.

AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca və AYB üzvləri Rəsul Rzanın vəfatının 35-ci ildönümündə şairin xatirəsini yad ediblər.

Xatırladaq ki, Rəsul Rza 1910-cu il mayın 19-da anadan olub.

Azərbaycan Yazıçıları İttifaqının sədri, Azərbaycan kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olub.

Rəsul Rza 1981-ci ildə 70 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi