"Ən yeni Azərbaycan ədəbiyyatı" antologiyası rus dilində işıq üzü görüb

"Ən yeni Azərbaycan ədəbiyyatı" antologiyası rus dilində işıq üzü görüb Kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib
Ədəbiyyat
28 Yanvar , 2015 14:50
Ən yeni Azərbaycan ədəbiyyatı antologiyası rus dilində işıq üzü görüb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Ən yeni Azərbaycan ədəbiyyatı" antologiyasının I cildi rus dilində işıq üzü görüb.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan kitaba ən yeni dövr Azərbaycan ədəbiyyatı nümayəndələrinin nəsr əsərlərindən seçilmiş nümunələr daxil edilib.

II cildə isə poeziya nümunələrinin salınması planlaşdırılır.

Kitabın redaktorları filologiya elmləri doktoru, professor Telman Vəlixanlı və Qalina Udalıxdır. Tərcüməçilər Azər Mustafazadə, Siyavuş Məmmədzadə, Kamran Hacıyev və Etimad Başkeçiddir.

Qeyd edək ki, antologiyada ən yeni dövr Azərbaycan nəsrinin görkəmli nümayəndələri - Kamal Abdulla, Məmməd Oruc, Saday Budaqlı, Orxan Fikrətoğlu, Qan Turalı, Etimad Başkeçid və başqalarının rus dilinə tərcümə olunan əsərləri yer alır.

Son xəbərlər

Orphus sistemi