Əliağa Vahidin yubileyidir

Əliağa Vahidin yubileyidir Qəzəlxan şairin 120 yaşı tamam olur
Ədəbiyyat
18 Fevral , 2015 09:57
Əliağa Vahidin yubileyidir

Bakı.18 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın görkəmli şairi, qəzəlxan Əliağa Vahidin doğum günüdür. "Report"un məlumatına görə, böyük şairin 120 yaşı tamam olur.

İsgəndərov Əliağa Məmmədqulu oğlu 1895-ci ildə Bakının Masazır kəndində anadan olub.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Son xəbərlər

Orphus sistemi