Britaniyanın tanınmış yazıçısı vəfat edib

Britaniyanın tanınmış yazıçısı vəfat edib Yazıçının ölümünün səbəbi xərçəng xəstəliyi olub
Ədəbiyyat
11 Aprel , 2016 13:20
Britaniyanın tanınmış yazıçısı vəfat edib

Bakı. 11 aprel. REPORT.AZ/ Britaniyanın tanınmış yazıçısı Dennis Hovard Marks 71 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, yazıçının ölümünə səbəb xərçəng xəstəliyi olub.

"Mister Qandcubas" avtobioqrafiyası ilə məşhurlaşan Dennis Hovard Marks 1945-ci ildə anadan olub.

25 illik həbsxana həyatı olan yazıçının bütün ömrü narkotiklərə bağlılıqla keçib. 

1996-cı ildə avtobioqrafiyasını əks etdirən "Cənab Qandcubas" əsəri çapdan çıxıb. 2010-cu ildə Bernard Rouz əsərin motivləri əsasında film çəkib.

Yazının növbəti uğurlu əsəri 2011-ci ildə nəşr edilən "İblisin təsəllisi" romanı olub.

Son xəbərlər

Orphus sistemi