Bakıda Misir yazıçısı Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib

Bakıda Misir yazıçısı Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib Misirin Bakıdakı səfiri Süzan Cəmil "ərəb romanının əmiri” sayılan yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib
Ədəbiyyat
12 Dekabr , 2015 09:50
Bakıda Misir yazıçısı Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan tədbir keçirilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən mərkəzin müdiri Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə nəşri” haqqında sərəncamına əsasən Nəcib Məhfuzun bir sıra əsərlərinin Azərbaycan dilinə tərcüməsindən danışıb. 

Sonra yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Misirin Azərbaycandakı səfiri Süzan Cəmil N.Məhfuzun yaradıcılığına toxunub və yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib. 

Tədbirdə Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev də Nəcib Məhfuz yaradıcılığından danışaraq, ərəb dünyasının vacib şəxsiyyəti olan yazıçının yaradıcılığı və əsərləri haqda məlumat verib. 

Son xəbərlər

Orphus sistemi