Bakıda Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə olunmuş hekayələr toplusunun təqdimatı keçiriib

Bakıda Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə olunmuş hekayələr toplusunun təqdimatı keçiriib ​Tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi iştirak edib
Ədəbiyyat
8 Noyabr , 2014 17:52
Bakıda Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə olunmuş hekayələr toplusunun təqdimatı keçiriib

Bakı. 8 noyabr. REPORT. AZ/ Bu gün Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycan dilinə tərcümə olunmuş hekayələr toplusunun təqdimatı keçiriib.

"Report"un məlumatına görə Qırğızıstanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə çıxış edən bu ölkənin Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Kanat Tursunkulov bildirib ki, Çingiz Aytmatovu yalnız qırğız və ya türk dünyasının yazıçısı deyil, o, dünya miqyaslı yazıçıdır.

Çıxış edən Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranov kitabın rus dilindən Azərbaycan dilinə tərcümə edilməsində əməyi olan şəxslərə təşəkkür edib, kitabın gənclər üçün maraqlı olacağına ümid etdiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və millət vəkili Nizami Cəfərov də kitabın tərcüməsinin zərurətindən danışıblar.

Qeyd edək ki, kitab tanınmış tərcüməçilər İbrahim İlyaslı və Təranə Quliyeva tərəfindən tərcümə olunub. Kitabın tirajı 300-dür.

Son xəbərlər

Orphus sistemi