​Azərbaycanın rəsmi qəzetində nüvə silahı əleyhinə şeir dərc edilib

​Azərbaycanın rəsmi qəzetində nüvə silahı əleyhinə şeir dərc edilib Bu gün Şimali Koreyanın rəhbəri Kim Çen Inın doğum günüdür
Ədəbiyyat
8 Yanvar , 2016 09:32
​Azərbaycanın rəsmi qəzetində nüvə silahı əleyhinə şeir dərc edilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Rəsmi “Azərbaycan” qəzetində xalq şairi Fikrət Qocanın “Nüvə silahına və sınağına - YOX!!! – deyirik” adlı şeiri dərc edilib. “Report” həmin şeiri təqdim edir:

Allah tozanağı yoğurdu-yapdı,

Kainat qoynunda cənnət yaratdı,

Bizi də cənnətin qoynuna atdı.

Sonra nə eylədik, biz eylədik, biz!

Göz açdıq, nə gördük, söz eylədik biz.

Zəmzəm suyumuzu buz eylədik biz.

Yorduq torpaqları duz eylədik biz,

Bu xaos dünyada meydan sulasa,

Cənnəti yenidən toz eylərik biz!

Xatırladaq ki, yanvarın 6-da Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bu isə dünyanın əksər dövlətlərinin, o cümlədən ABŞ, Rusiya, Cənubi Koreya, Yaponiya, Avstraliya və s. dövlətlərin narazılığına səbəb olur.

Qeyd edək ki, bu gün Şimali Koreyanın rəhbəri Kim Çen Inın doğum günüdür. Lakin onun neçə yaşının tamam olması dəqiq bəlli deyil. 

Son xəbərlər

Orphus sistemi