"Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabı işıq üzu görəcək

"Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabı işıq üzu görəcək Kitabda ədəbiyyata məlum olmayan yazarların da əsərləri yer alıb
Ədəbiyyat
23 Yanvar , 2015 10:43
Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar kitabı işıq üzu görəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ "Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar" kitabı yaxın zamanda işıq üzü görəcək. Bu barədə "Report"a Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, kitabın redaktoru Paşa Kərimov məlumat verib.

O bildirib ki, kitab kataloq formasındadır: "Kitabda Vatikan arxivlərində olan 100-ə qədər Azərbaycan əlyazması haqqında məlumat öz əksini tapıb. Kitaba Nizami, Nəsimi, Füzuli və başqa ədəbiyyat nümayəndələrimizin Azərbaycan, fars və ərəbdillərində olan və Vatikan arxivlərində saxlanılan əsərləri daxil edilib".

Direktor müavini onu da deyib ki, ədəbiyyata məlum olmayan yazarların da əsərləri kitabda yer alıb: "Nümunə olaraq, Baba Həsən Şirvaninin astronomiyaya aid əsərini, Mənaqifi Şeyx Əli Səmərqəndinin orta əsrlərdə yaşamış Seyid Yəhid Şirvani deyilən azərbaycanlı alimin oğlunun həyatı haqqında yazdığı əsərini göstərmək olar. Bu əsər indiyə qədər elmə məlum olmayan əsərdir".

Artıq layihənin tamamlandığını deyən P.Kərimov əlavə edib ki, hazırda kitab "Elm və təhsil" nəşriyyatında çap olunmağa göndərilib. 

Son xəbərlər

Orphus sistemi