Azərbaycan yazıçısı “Beynəlxalq təbəssüm ordeni”nə layiq görülüb

Azərbaycan yazıçısı “Beynəlxalq təbəssüm ordeni”nə layiq görülüb Mükafat BMT baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.
Ədəbiyyat
5 Mart , 2016 17:35
Azərbaycan yazıçısı “Beynəlxalq təbəssüm ordeni”nə layiq görülüb

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş “Beynəlxalq təbəssüm ordeni”nə layiq görülüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Beynəlxalq təbəssüm ordeni”nin təqdimat mərasimi martın 11-də olacaq. Yazıçı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşa Respublikasına səfər edəcək.

1968-ci ildə Polşada təsis edilmiş, uşaqların böyüklərə (onların göstərdiyi mehribanlığa, dostluğa və səbrə görə millətindən, dinindən, yaşadığı yerdən, rəngindən asılı olmayaraq) verilən “Təbəssüm Ordeni”nə bu günə qədər Bill Klinton, Marqaret Tetçer, XIV Dalay Lama, II Papa İohann Pavel, Tereza Ana, İsveç kraliçası xanım Silviya, Stiven Spilberq, Nelson Mandela, Vyaçeslav Kotyonoçkin, Sergey Obraztsov, Peter Ustinov, Astrid Lindqren, Aqniya Barto, Tuve Yansson, Coan Roulinq, Sergey Mixalkov, azərbaycanlı aktyor Ələkbər Hüseynov və başqa çoxsaylı ictimai, siyasi və ədəbiyyat xadimləri layiq görülüb.

Mükafat BMT baş katibinin qərarı ilə 1979-cu ildən beynəlxalq status daşıyır.

Son xəbərlər

Orphus sistemi