​Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb

​Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır
Ədəbiyyat
29 Dekabr , 2014 12:16
​Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılır. "Report" xəbər verir ki, bu yaxınlarda institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb.

İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur.

Qeyd edək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi