"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan qüsurlu sözlərin siyahısına yeniləri əlavə olunub

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan qüsurlu sözlərin siyahısına yeniləri əlavə olunub Bir neçə aydır ARNK yanında Tərcümə Mərkəzində "İşlək orfoqrafiya lüğəti" üzərində iş gedir
Ədəbiyyat
15 Sentyabr , 2016 20:16
Azərbaycan dilinin orfoqrafiya lüğətində yer alan qüsurlu sözlərin siyahısına yeniləri əlavə olunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan minlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin daha bir qrupunu ictimaiyyətin diqqətinə təqdim edib.

"Report" xəbər verir ki, indiki siyahıda 1000-ə yaxın söz yer alıb. Həmin sözlərdən bir neçəsini təqdim edirik.

Mənası anlaşılmayan sözlər: dınq, dınqadınq, dınqadırınq, dınq-dınq, dınqıldamaq, dınqıldanma, dınqıldanmaq, dıppıldama, dıppıldamaq, dıppıldanma, dıppıldanmaq, dirsəyəoxşarlıq, diskvarılıq, dodaqsızlıq, eşşəkbeli, eşşəkqulaqlı, eşşəkoyunu, eşşəkturpu, eyi, eyicə, eyiləmə, eyiləmək, eyilənmə, eyilənmək, eyiləşmək, eyilətmə, eyilətmək, əbləholma və s.

Mənası və yazılışı qüsurlu sözlər: efirlətmə, efirlətmək, ehmalsızolma, ekranlamaq, ekranlanma, ekssentrikli, ekssentriklilik, ekstremistolma, ekzot, elam, elamca, elegiyabəstələmə, elektrikçəkən, elektrodyanı, elektroqeydedicilik, elektromaqnitləşmə, elektromaqnitləşmək, elektromodelləşdirmək, el-xalq, elliptiklik və s.

Dialekt və ara sözləri: ditdələnmə, ditdələnmək, ditdəməmiş, ditdəmiş, elədə-elədə, əfə-əfə, əldənkasad, əldənvuran, əldənvurma, ərvahıdağılmış, əyrəmcə, fasonlu-fasonlu, gəmirtlənmək, gəmirtmə, gəmirtmək, gəmişdirilmə, gəmişdirilmək, gəmişmə və s.

Lüzumsuz sözlər və söz hallandırmaları: dinamitli, dinamitsiz, dindirtmə, dindirtmək, dinə-dinə, dınqıldada-dınqıldada,dınqıltılı, dınqıltısız, dinqo (it), dıppıldatma, dıppıldatmaq, dıppıltı, dıppıltılı, dıppıltısız, dir-dirriksiz, direktivli, direktivsiz, dirəkaltı, dirəkaltılı, dirəkcəli, dirəkcikli, dirəkciksiz, dirəklədə-dirəklədə, dirəklənə-dirəklənə və s.

Xatırladaq ki, bir neçə aydır ARNK yanında Tərcümə Mərkəzində "İşlək orfoqrafiya lüğəti" üzərində iş gedir.

Son xəbərlər

Orphus sistemi