​Azər Turan “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin edilib

​Azər Turan “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin edilib AYB İdarə Heyətinin toplantısı keçirilib
Ədəbiyyat
22 Yanvar , 2015 19:13
​Azər Turan “Ədəbiyyat qəzeti”nin baş redaktoru təyin edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin iclası keçirilib.

"Report"un AYB.az saytına istinadən verdiyi məlumata görə, yığıncağın gündəliyində əsasən “Ədəbiyyat qəzeti”nin baş redaktorunun təsdiqi və internet resurslarının təkmilləşdirilməsi məsələləri olub.

Müzakirələr zamanı “Ədəbiyyat qəzeti”nin baş redaktor əvəzi Azər Turan yekdilliklə qəzetin baş redaktoru vəzifəsinə təsdiq olunub.

İnternet resurslarının təkmilləşdirilməsi məsələsinin müzakirəsi zamanı qərara alınıb ki, AzYB.net saytı yenilənsin. Vikipediyada Azərbaycan yazarları haqqında məlumatlar, yaradıcılıqlarından nümunələr müntəzəm olaraq bir neçə dildə təqdim edilsin.

Son xəbərlər

Orphus sistemi