AYB-nin Komissiyasına sədr təyinatı olub

AYB-nin Komissiyasına sədr təyinatı olub Zəlimxan Yaqubun yerinə Şahin Musaoğlu gəlib
Ədəbiyyat
14 Mart , 2016 15:18
AYB-nin Komissiyasına sədr təyinatı olub

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

"Report" xəbər verir ki, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə yeni təyinat müzakirə olunub. Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.

Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

Son xəbərlər

Orphus sistemi